MİLLİ AVIASİYA AKADEMİYASI

AVİASIYA METEOROLOGİYASI

KAFEDRASI

gallery/naa_edu_az
gallery/p2
Sayta daxil olma sayı

Sayta daxil olma sayı

gallery/logo meteo
gallery/без имени-3
gallery/img-20141107-wa0007
gallery/без имени-4
gallery/img-20141107-wa0006
gallery/без имени-2
gallery/без имени-6
gallery/без имени-7
gallery/без имени-5

   

 19-22 sentyabr 2017-cı il tarixlərində İCAO-nun Paris şəhərindəki Avropa və Şimali Atlantika qərərgahında EANPG/METG Beynəlxalq Koordinasiya Qrupunun növbəti 27-cı müşavirəsi keçrilmişdir.

İclasda 43 ölkədən 100-ə yaxın ekspert, həmçinin 5 beynəlxalq təşkilatın (EASA, İATA, İCAO, WMO, Eurocontrol) üzvləri iştirak etmişdirlər. İclas zamanı    Beynəlxalq Aeronaviqasiyanın Meteoroloji Təminatı ilə əlaqədar aşağıdakı aktual məsələlər üzrə müzakirələr aparılmışdırdır:

- Hava nəqliyyatının meteoroloji cəhətdən təhlükəsizliyinin artırılması;
- Hava limanlarının müntəzəm və qyri-müntəzəm faktiki hava məlumatı METAR və SPECİ;

- TAF hava proqnozlarının verifikasiyası;
- SİGMET məlumatları: vulkan külü buludlarının müşahidələri üzrə VA SİGMET, həmçinin WS SIGMET və WA AİRMET məlumatlarının operativliyi və keyfiyyətinin artırılması məsələləri;
- Ümumdünya Zonal Proqnozlar Mərkəzindən (WAFS) daxil olan məlumatları SADİS peyk sistemindən FTP SADİS yerüstü sisteminə miqrasiya edilməsi.

Qeyd edilən tədbirdə Azərbaycan Respublikasını “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Aviasiya Meteoroloji Mərkəzinin keyfiyyətə nəzarət üzrə mühəndisi, Milli Aviasiya Akademiyası “Aviasiya Meteorologiyası” kafedrasının müəllimi A.X Hacıyev və “Zabrataeronaviqasiya” Aviasiya Meteoroloji Təminat Şöbəsinin rəisi, kafedranın gənc müəllimi Z.G.Quliyev təmsil etmişdirlər. Müşavirədə müzakirə olunan məsələlər və qəbul olunmuş qərarların yekunu haqqında aşağıdakı linkə daxil olaraq “İCAO METG27 FİNAL RAPORT” rəsmi sənədindən məlumat ala bilərsiniz.

gallery/arif müəllim

Akademik

Arif Mir Cəlal oğlu Paşayev